...

Azərbaycanda çoxmərtəbəli binaların enerjiyə qənaət potensialı artırıla bilər

Energetika Materials 28 Yanvar 2014 11:09 (UTC +04:00)
Azərbaycanda çoxmərtəbəli binaların enerjiyə qənaət potensialı artırıla bilər.
Azərbaycanda çoxmərtəbəli binaların enerjiyə qənaət potensialı artırıla bilər

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda çoxmərtəbəli yaşayış binaları orta hesabla 50 faizlik enerjiyə qənaət potensialına malikdirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən "Kondominimumlar üçün enerji effektivliyi üzrə vəsaitin təqdimatı" adlı seminarın gedişində "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binalarda enerjiyə qənaət üzrə təşəbbüs" layihəsinin rəhbəri Roberto Lo Çiçero Vayna bildirib.

Onun sözlərinə görə, bu potensial 70 faizədək artacaq. Layihə rəhbərinin qeyd etdiyi kimi, hazırda Azərbaycan əhalisinin sayı 9,3 milyon nəfər təşkil edir.

Azərbaycan 109 milyon kvadrat metr həcmində mənzil fonduna malikdir və bir nəfərə orta hesabla 12 kvadrat metr yaşayış sahəsi düşür. Onun sözlərinə görə, çoxmərtəbəli binaların əksəriyyəti ötən əsrin 60-80-ci illəri arasında inşa edilib və burada enerjiyə qənaətin təmin olunması üçün əhəmiyyətli potensial mövcuddur.

Bakının Binəqədi rayonunda layihə çərçivəsində artıq çoxmərtəbəli binalardan kondominimum yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti