...

ARDNŞ bu il Gürcüstanda 20 mindən çox abonenti qazla təmin edəcək

Energetika Materials 14 Fevral 2014 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral/Trend, müxbir E. İsmayılov/

"SOCAR Energy Geprgia"nın törəmə şirkəti olan "SOCAR Georgia Gas" 2014-cü ilin sonunadək Gürcüstanda 750 kilometrlik qaz kəməri çəkəcək və 22 min yeni abonenti qazla təmin edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı xəbərdə deyilir.

"SOCAR Energy Geprgia" ARDNŞ-nin Gürcüstandakı maraqlarını təmsil edir.

"SOCAR Georgia Gas" şirkəti 2013-cü ildə Gürcüstanda 1179 kilometrlik yeni qaz kəməri çəkib və 37500 abonenti təbii qazla təmin edib.

Məlumata görə, "SOCAR Georgia Gas" 2009-cu ildən Gürcüstanda 4 min kilometrlik qaz kəməri çəkib və 188 mindən çox abonenti təbii qazla təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti