...

Zərdabın daha 2 kəndinə təbii qaz verilib

Energetika Materials 18 Fevral 2014 12:56 (UTC +04:00)
Fevralın 18-də Zərdab rayonunun İsaqbağı və Böyük Dəkkə kəndlərinə təbii qaz verilib.
Zərdabın daha 2 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Fevralın 18-də Zərdab rayonunun İsaqbağı və Böyük Dəkkə kəndlərinə təbii qaz verilib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 273 abonenti olan İsaqbağı və Böyük Dəkkə kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20,8 kilometrdən artıq polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 273 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti