Azərbaycan, Bakı, 29 mart /Trend/
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Astara-Qazıməmməd" magistral qaz kəmərində əmələ gəlmiş qaz sızmalarının ləğvi ilə əlaqədar, 29 və 30 mart 2014-cü tarixlərində Cəlilabad rayonunun bir hissəsinə, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.