Azərbaycan, Bakı, 23 may /Trend/
Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Olimpiya stadionunun tikinti sahəsinə düşən qaz kəmərlərinin və avadanlıqların köçürülməsi ilə əlaqədar 24 may 2014-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatdırılanadək Bakının Nərimanov, Binəqədi, Sabunçu və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.