...

Azərbaycan Rusiyaya qaz ixracını bərpa edir

Energetika Materials 3 İyun 2014 10:43 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iyunun dördündə Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir.
Azərbaycan Rusiyaya qaz ixracını bərpa edir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iyunun 4-də Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, qaz ixracının sutkalıq həcminin iki milyon kubmetr səviyyəsində olacağı gözlənilir.

Şimal istiqamətindəki qaz kəmərində təmir və bərpa işləri başa çatıb.

Qaz nəqli 2014-cü ilin yanvarından dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti