...

Samir Şərifov: Azərbaycan gələn il "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına təqribən 2,9 milyard dollar xərcləyəcək

Energetika Materials 18 Noyabr 2014 14:30 (UTC +04:00)
2015-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına dövlətin əsaslı xərclərindən 928 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondundan 1,341 milyard manat ayrılması planlaşdırılır.
Samir Şərifov: Azərbaycan gələn il "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına təqribən 2,9 milyard dollar xərcləyəcək

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Azad Həsənli/

2015-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına dövlətin əsaslı xərclərindən 928 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondundan 1,341 milyard manat ayrılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2015-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, gələn il bu layihənin reallaşdırılmasına icmal büdcənin xərcləri 2,269 milyard manat (və ya xərclərin ümumi həcminin 8,8 faizi) təşkil edəcək.

S.Şərifov qeyd edib ki, 2015-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılmasına 300 milyon manat ayrılacaq.

Bundan başqa, əhalinin enerji təchizatını yüksəltmək, o cümlədən qaz və elektrik enerjisi ilə təmin etmək məqsədilə 2015-ci ildə dövlət büdcəsindən investisiya xərcləri və xarici kreditlər hesabına 1,1 milyard manat ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti