...

Co Bayden: Bakı-Tbilisi-Ceyhan boru kəməri mühüm enerji layihəsidir

Energetika Materials 22 Noyabr 2014 13:51 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri mühüm enerji layihəsidir. Bunu ABŞ-ın vitse-prezidenti Co Bayden İstanbulda enerji zirvə toplantısında çıxışı zamanı deyib.
Co Bayden: Bakı-Tbilisi-Ceyhan boru kəməri mühüm enerji layihəsidir

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Bakı-Tbilisi-Ceyhan boru kəməri mühüm enerji layihəsidir. Bunu ABŞ-ın vitse-prezidenti Co Bayden İstanbulda enerji zirvə toplantısında çıxışı zamanı deyib. Trend xəbər verir ki, bu barədə şənbə günü "TRT Haber" telekanalı məlumat yayıb.

Baydenin sözlərinə görə, əvvəllər heç kim belə layihənin həyata keçiriləcəyinə inanmırdı, lakin Azərbaycan, Gürcüstan və Türkiyə onu reallaşdıra bildilər.

Vitse-prezident deyib ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında mühüm məqamlardan biri Azərbaycanın liderliyi, Gürcüstan və Türkiyənin bu layihədə iştirakıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti