Azərbaycan, Bakı, 26 noyabr /Trend/
"Darvin bankası" yatağındakı 670 nömrəli meydançadan 770 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1540 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.