...

Zərdabın iki kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 27 Noyabr 2014 18:43 (UTC +04:00)
Bu gün Zərdab rayonunun Hüseynxanlı və Xanməmmədli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Zərdabın iki kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Bu gün Zərdab rayonunun Hüseynxanlı və Xanməmmədli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 82 abonenti olan Xanməmmədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6700 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 4 ədəd siyirtmə, 82 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

79 abonenti olan Hüseynxanlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 11 604 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 7 ədəd siyirtmə, 79 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin ilk dəfə təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti