...

Macarıstan "Cənub axını" layihəsinə alternativ barədə düşünür

Energetika Materials 5 Dekabr 2014 12:55 (UTC +04:00)
Macarıstana ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün Ukraynadan yan keçən qaz kəməri lazımdır.
Macarıstan "Cənub axını" layihəsinə alternativ barədə düşünür

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Macarıstana ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün Ukraynadan yan keçən qaz kəməri lazımdır. Bunu "Bloomberg" agentliyi bu ölkənin Baş naziri Viktor Orbana istinadən bildirib. Bu barədə Trend cümə günü "İnterfaks"a istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Macarıstan hökuməti Rusiyanın "Cənub axını" layihəsini dayandırmaq haqqında bəyanatından sonra ölkənin enerji təhlükəsizliyinin təmin olunması məsələsinin yeni həlli üzərində çalışır.

Orban bəyan edib ki, xüsusilə Macarıstanın Azərbaycanla yaxşı münasibətləri var.

Məlumat verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Türkiyədə danışıqların gedişində bildirib ki, Bolqarıstanın mövqeyi ilə bağlı Rusiya "Cənub axını" qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılmasını dayandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti