...

S&P ARDNŞ-nin uzunmüddətli reytinqini təsdiq etdi (ƏLAVƏ OLUNUB)

Energetika Materials 9 Fevral 2015 20:21 (UTC +04:00)
"Standard & Poor's" kredit reytinqləri xidməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) reytinq proqnozuna "Sabit"dən "Neqativ" istiqamətində yenidən baxıb.
S&P ARDNŞ-nin uzunmüddətli reytinqini təsdiq etdi (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

İkinci abzasdan sonra əlavə olunub (ilk xəbər saat 18:22-də yayılıb)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Emil İsmayılov/

"Standard & Poor's" kredit reytinqləri xidməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) reytinq proqnozuna "Sabit"dən "Neqativ" istiqamətində yenidən baxıb.

Trend-in məlumatına görə, agentlik, eyni zamanda, şirkətin uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsində təsdiq edib.

Məlumata əsasən, ARDNŞ-yə münasibətdə reytinq fəaliyyətləri Azərbaycanın suveren reytinqləri üzrə proqnoza yenidən baxıldıqdan sonra tətbiq edilib və agentliyin dövlətlə əlaqəsi olan təşkilat kimi ARDNŞ barədə fikrini əks etdirir ki, bu da suveren reytinqin aşağı düşməsi halında şirkətin reytinqinin enməsi ehtimalının artmasını şərtləndirir.

Agentlik ARDNŞ-nin Azərbaycan iqtisadiyyatında rolunu "son dərəcə vacib" kimi qiymətləndirir. Bundan başqa, agentlik ARDNŞ-nin hökumətlə əlaqələrini "çox davamlı" kimi dəyərləndirir.

Qeyd edilir ki, şirkətin reytinqlər üzrə proqnozuna "sabit" istiqamətində yenidən baxılması suveren reytinqlər proqnozunun "sabit" yöndə dəyişməsi halında mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti