Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Maksim Tsurkov/
Aktau-Bakı-Batumi marşrutu üzrə tədarük edilən neftin həcmi azalır. Bunu Trend-ə Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı çərçivəsində ekspert Qleb Qorodyankin deyib.
Onun sözlərinə görə, "Kumkol" yatağından Qazaxıstan neftinin istehsalçıları Transxəzər marşrutundan imtina etmək qərarına gəliblər.
Ekspert qeyd edib ki, istehsalçılar Çinə və Rusiya limanlarına boru kəmərləri tədarükləri lehinə seçim ediblər: "Kumkol" yatağından Qazaxıstan nefti ilə yüklü sonuncu tanker apreldə Batumidən göndəriləcək".
Q.Qorodyankin əlavə edib ki, nəqliyyat xərcləri neft tədarükləri logistikasına təsir edir: "Kumkol" yatağından ixrac edilən neftin həcmi 980 min tondan (2013-cü il) 342 min tonadək (2014-cü il) azalıb.