...

Şabran rayonunun Zöhramı kəndinə təbii qaz verilib

Energetika Materials 11 İyun 2015 19:34 (UTC +04:00)
Bu gün Şabran rayonunun Zöhramı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Şabran rayonunun Zöhramı kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bu gün Şabran rayonunun Zöhramı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 67 abonenti olan Zöhramı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3208 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 67 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti