...

Aİ-İran əməkdaşlığı yalnız nüvə sazişi şərtlərinə əməl olunduğu halda mümkündür

Energetika Materials 3 Avqust 2015 06:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Anaxanım Hidayətova/

Tehran beynəlxalq "altılıq"la əldə olunan sazişin öhdəliklərini yerinə yetirdikdən və Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən ölkənin göstərilən şərtləri yerinə yetirməsi təsdiq olunduqdan sonra İran və Avropa İttifaqı (Aİ) enerji əməkdaşlığının genişləndirilməsi üçün struktur dialoqa başlaya bilər.

Bu barədə Trend-ə Avropa Komissiyasının mətbuat ofisindən bildirilib.

Qeyd olunub ki, Tehranın yenidən əsas potensial neft və qaz ixracatçısı ola biləcəyini nəzərə alsaq, İran və Aİ arasında ikitərəfli əlaqələrdə energetika əhəmiyyətli əməkdaşlıq sahəsi ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti