Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Maksim Tsurkov/
Türkiyənin neft-kimya kompleksi "Petkim" "Star" NEZ-də pay almaq üçün "SOCAR Turkey Enerji"-dən "Rafineri Holding A.Ş."-nin səhmlərinin bir hissəsini əldə etmək niyyətindədir. Trend-in məlumatına əsasən, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Məlumatda bildirilir ki, "Petkim" "Rafineri Holding"-də pay əldə etməklə bağlı danışıqlara başlamaq qərarına gəlib: "Neft-kimpa kompleksi "Petkim"-in Direktorlar şurası "SOCAR Turkey Enerji"-dən "Rafineri Holding"-in 12-14 faiz payını almaqla bağlı danışıqların başlamasına razılığını verib. Bu da "Petkim"ə "Star" NEZ-də 7-9 faizlik paya sahib olmaq imkanı yaradacaq".