...

"Total" Xəzərdə yatağın işlənməsinin operatorluğunu müəyyənləşdirib

Energetika Materials 28 Sentyabr 2015 12:21 (UTC +04:00)
Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda "Abşeron" qaz-kondensat yatağının işlənməsinin ilkin layihələndirilməsini (FEED) yekunlaşdırıb.
"Total" Xəzərdə yatağın işlənməsinin operatorluğunu müəyyənləşdirib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbirlər Maksim Tsurkov, Aygün Bədəlova/

Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda "Abşeron" qaz-kondensat yatağının işlənməsinin ilkin layihələndirilməsini (FEED) yekunlaşdırıb.

Trend-in məlumatına görə, bunu "Total"ın şirkətin inkişaf meneceri Erik Mayer Bakıda "Neft-qaz həftəsi-2015" konfransında deyib.

Onun sözlərinə əsasən, FEED prosesi 2014-cü ilin yayında başlayıb və bu ilin iyulunda başa çatıb: "PSA zonasından kənarda Xəzərin az sulu hissəsində platforma yerləşdirilməsi üçün Azərbaycan hökumətindən icazə aldıq.

E.Mayer qeyd edib ki, Azərbaycanın quru ərazisində fəaliyyət göstərmək üçün icazənin alınması gözlənilir. Sahildən 7 kilometr aralıda Bakının Səngəçal qəsəbəsində "Total"ın terminalının tikintisi üçün icazə tələb olunur.

O əlavə edib ki, hazırda yatağın işlənməsi üzrə operator olacaq əməliyyat şirkətinin (JOCAP) yaradılmasına hazırlıq aparılır: İlkin ehtimala görə, burada iştirak payının 50 faizi "Total"a, qalan 50 faiz isə SOCAR-a məxsus olacaq. Müvafiq olaraq, layihədə operatorluq "Total" və SOCAR tərəfindən aparılacaq: ""Abşeron yatağının növbəti inkişaf mərhələsi əvvəlcə birgə müəssisə üzrə tərəfdaşlarla, sonra isə Azərbaycan hökumətilə "Development Program" (DP) proqramının təsdiq edilməsi olacaq. Planın 2015-ci ilin IV rübünədək bəyənilməsi üçün yatağın seçilmiş inkişaf sxemini təsdiq etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti