...

Azərbaycanda Aİ-nin enerji layihəsinin reallaşdırılması müddəti uzadılıb

Energetika Materials 11 Noyabr 2015 12:23 (UTC +04:00)
Azərbaycan “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı”nın reallaşdırılmasına dəstək layihəsinin icrasının müddətini uzadıb.
Azərbaycanda Aİ-nin enerji layihəsinin reallaşdırılması müddəti uzadılıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan "Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı"nın reallaşdırılmasına dəstək layihəsinin icrasının müddətini uzadıb.

Trend-in "Azərbaycan" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən, layihənin reallaşdırılması müddəti 2 il,yəni 2016-cı ilədək uzadılıb (daha öncə 2014).

Layihə çərçivəsində planlaşdırılıb:

- Energetika sektorunda bazar iqtisadiyyatı prinsiplərinə uyğun hərtərəfli və kompleks strategiyanın hazırlanması;

- Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin və enerjinin səmərəli istifadəsinin artırılması və bununla bağlı müvafiq fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi;

- Alternativ və bərpa olunan enerji mənbələri və ümumi enerjidən səmərəli istifadə sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması;

- Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin işinin Avropa standartlarına uyğun təşkil edilməsi;

- Alternativ və bərpa olunan enerji mənbələri və enerjinin səmərəli istifadəsi üzrə maliyyə stimullaşdırıcı tədbirlərinin işlənməsi və həyata keçirilməsi;

- Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi və bununla bağlı müvafiq tədbirlər planının hazırlanması və həyata keçirilməsi;

- Energetika sektorunda statistikanın təkmilləşdirilməsi.

Bundan başqa, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri və enerjinin səmərəli istifadə edilməsi üzrə pilot investisiya layihələrinin reallaşdırılması 1 il, yəni 2016-cı ilədək uzadılıb.

Avropa Komissiyası enerji sektorunun inkişafına dəstək çərçivəsində Azərbaycana 13 milyon avro həcmində qrant ayırıb, bunun 5,45 milyon avrosu islahatların reallaşdırılmasına dəstək layihəsinin həyata keçirilməsinə yönəldilib.

Alternativ və bərpa olunan enerji mənbələri və enerjinin səmərəli istifadə edilməsi üzrə pilot investisiya layihələrinin reallaşdırılmasına isə 5 milyon avro ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti