Bakı. Trend:
2015-ci ilin noyabr ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 5402 metr qazma işi həyata keçirilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-noyabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 97 725 metr (ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz az) qazma işi görülüb ki, bunun da 96 725 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Qeyd edək ki, noyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 63 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.