...

"SOCAR Turkey Enerji"in başçısı: Türkiyə və Azərbaycan TANAP-ın tikintisini sürətləndirəcəklər

Energetika Materials 6 Dekabr 2015 20:50 (UTC +04:00)
Türkiyə və Azərbaycan Transanadolu qaz kəmərinin (TANAP) tikintisini sürətləndirəcəklər.
"SOCAR Turkey Enerji"in başçısı: Türkiyə və Azərbaycan TANAP-ın tikintisini sürətləndirəcəklər

Bakı. Maksim Tsurkov - Trend:

Türkiyə və Azərbaycan Transanadolu qaz kəmərinin (TANAP) tikintisini sürətləndirəcəklər. Trend-in məlumatına görə, bunu "SOCAR Turkey Enerji" şirkətinin başçısı Kənan Yavuz "Akşam" qəzetinə müsahibəsində bildirib.

Yavuz qeyd edib ki, TANAP bu gün ən vacib enerji layihələrindən biridir.

Rusiyanın Türkiyəyə qaz ixracı məsələsinə gəlincə, şirkət başçısı deyib ki, Moskvanın qaz tədarükünü dayandırmasına inanmır.

TANAP layihəsi Azərbaycanın "Şah Dəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərbinə nəqlini nəzərdə tutur.

TANAP-ın səhmdarlarının tərkibi belədir: SOCAR - 58 faiz, Botas - 30 faiz, BP - 12 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti