Bakı. Maksim Tsurkov - Trend:
SOCAR Gürcüstanın təbii qaza mütəmadi artan tələbatını nəzərə alır. Bunu Trend-ə "SOCAR Energy Georgia" şirkətinin rəhbəri Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, İran qazının Gürcüstana mümkün tədarükü SOCAR-ın öhdəliklərinin yerinə yetirilməsinə heç cür təsir etməyəcək: "Gürcüstana əlavə qaz həcmlərinin tədarükünə xüsusi ehtiyac yoxdur".
M.Məmmədov qeyd edib ki, Gürcüstan bazarı ildə cəmi 8-10 faiz artır və SOCAR bu artımı nəzərə alır: "Əgər kommersiya bazarında qaz çatışmasa, Azərbaycan həmin həcmləri tədarük edə bilər, çünki hazırda kommersiya bazarına da tədarük edir və təmin edir. Biz gündəlik rejimdə dostlarımız və tərəfdaşlarımızla məsləhətləşirik. Aramızda müntəzəm dialoq var və biz hər bir tərəfin nə istədiyini bilirik".
Qeyd edək ki, ötən gün Gürcüstan Energetika Nazirliyi İranla qaz tədarükü məsələsi üzrə danışıqların aparıldığını təsdiq edən bəyanat yaymışdı.