...

Sabah bir neçə yaşayış məntəqəsində qaz olmayacaq

Energetika Materials 21 Yanvar 2016 17:14 (UTC +04:00)
Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah bir neçə yaşayış məntəqəsində qaz olmayacaq

Bakı. Trend:

Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, yanvarın 22-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayırıcı", eləcə də Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qarasu" qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Qarasu, Padar və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Səbail rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti