...

Sabah 4 rayonda qaz olmayacaq

Energetika Materials 4 Fevral 2016 18:18 (UTC +04:00)
Abşeron, Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah 4 rayonda qaz olmayacaq

Bakı. Trend:

Abşeron, Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Laçın qaçqınları", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Sığırlı", Astara magistral qaz kəmərləri sahəsinin "İmişli", "Axundov", "Saatlı", "Qaracalar" və "Otuzikilər" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Kürdəmir rayonunun Sığırlı, Şohralı və Ərəbqubalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Laçın qaçqınları şəhərciyi, eyni zamanda, İmişli, Saatlı və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti