...

Sabah Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 7 Mart 2016 18:28 (UTC +04:00)
Martın 9-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayırıcı” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ağsu” və “Kürdəmir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Sabah Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. Trend:

Martın 9-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayırıcı" və Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ağsu" və "Kürdəmir" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti