...

SOCAR Xəzərdə neft-qaz quyusunu istismara verib

Energetika Materials 29 Mart 2016 14:26 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2595 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

Quyu qirməki üstü qumlu lay dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2186-2170 metr intervaldan sutkalıq 19 ton neft və 17 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti