...

SOCAR: Neftin ucuzlaşması yeni layihələrin icrasına mane olur

Energetika Materials 2 Aprel 2016 13:02 (UTC +04:00)
Dünya bazarlarında neftin qiymətlərinin azalması yeni layihələrin reallaşdırılmasına mane olur.
SOCAR: Neftin ucuzlaşması yeni layihələrin icrasına mane olur

Bakı. Maksim Tsurkov - Trend:

Dünya bazarlarında neftin qiymətlərinin azalması yeni layihələrin reallaşdırılmasına mane olur. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, normal iqtisadi şəraitdə məhsulun istehsalına çəkilən xərclər onun qymətindən çox ola bilməz: "Bütün bu vəziyyət xərclərin və investisiyaların minimuma endirilməsinə aparır ki, bu da yeni layihələrin reallaşdırılmasına mane olur".

R.Abdullayev qeyd edib ki, artıq icrasına başlanılan investisiya layihələri davam etdiriləcək, onların maliyyələşdirilməsi məsələsi həll edilib və dayandırılmadan söhbət gedə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti