...

SOCAR-ın Gürcüstanda zavod tikmək planları yoxdur

Energetika Materials 19 May 2016 13:53 (UTC +04:00)
SOCAR Gürcüstanda neft emalı zavodu (NEZ)tikməyi planlaşdırmır.
SOCAR-ın Gürcüstanda zavod tikmək planları yoxdur

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR Gürcüstanda neft emalı zavodu (NEZ) tikməyi planlaşdırmır.

Bunu Trend-ə "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ üzrə Gürcüstan hökuməti ilə heç bir razılaşma yoxdur: "Hər halda SOCAR-ın indiki mərhələdə Gürcüstanda NEZ tikməklə bağlı planları yoxdur".

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən heç bir NEZ yoxdur, buna görə də ölkə neft məhsullarını idxal etmək məcburiyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti