...

CNPC SOCAR-ın layihələrində iştiraka maraq göstərir

Energetika Materials 31 May 2016 18:06 (UTC +04:00)
Mayın 31-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Milli Neft Korporasiyasının (CNPC) İdarə Heyətinin üzvü Vang Şi Honqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
CNPC SOCAR-ın layihələrində iştiraka maraq göstərir

Bakı. Maksim Tsurkov - Trend:

Mayın 31-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Milli Neft Korporasiyasının (CNPC) İdarə Heyətinin üzvü Vanq Şi Honqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

Qonaqları səmimi salamlayan SOCAR prezidenti Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bir çox sahələrdə faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb, Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında, xüsusilə də enerji sektorunda iştirakının dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə olduğunu bildirib.

R.Abdullayev SOCAR və CNPC arasında uzunmüddətli əməkdaşlığın mövcudluğunu nəzərə çatdıraraq, Çin şirkətinin ilk dəfə belə böyük nümayəndə heyəti ilə SOCAR-da olmasını yüksək qiymətləndirib. O, SOCAR və CNPC-nin birgə layihələrinin uğurla həyata keçirildiyini, iki şirkət arasında yaradılmış birgə müəssisənin səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Azərbaycana səfərlərindən məmnun olduğunu bildirən Çin nümayəndə heyətinin başçısı səmimi qəbul üçün SOCAR prezidentinə təşəkkür edib, bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əmin olduğunu söyləyib. Qonaq SOCAR-la münasibətlərin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə çalışdıqlarını bildirib, SOCAR-ın həyata keçirdiyi geniş spektrli layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb. O, Çində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının yaxından izlənildiyini söyləyib, fondların və ixrac-idxal bankının ölkəmizə, xüsusilə enerji sektoruna böyük maraq göstərdiklərini diqqətə çatdırıb.

Azərbaycanda əlverişli və təhlükəsiz investisiya mühitinin olduğunu qeyd edən R.Abdullayev CNPC şirkətinin nümayəndələrinə hazırda SOCAR tərəfindən reallaşdırılan regional və qlobal əhəmiyyətli enerji layihələrinin uğurları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin perspektivləri barədə ətraflı məlumat verib.

Görüşdə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi ilə bağlı qısa təqdimat keçirilib. Sonda qonaq CNPC şirkətinin prezidentinin məktubunu R.Abdullayevə çatdırıb, onu təmsil etdiyi şirkətin rəhbərliyi adından Çin Xalq Respublikasına səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti