...

Azərbaycan və Çin arasında 2 sənəd imzalandı

Energetika Materials 1 İyun 2016 16:14 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Çin Milli Neft Korporasiyası (CNPC) neft-qaz və neft-kimya sahələrində Anlaşma Memorandumu imzalayıblar.
Azərbaycan və Çin arasında 2 sənəd imzalandı

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Çin Milli Neft Korporasiyası (CNPC) neft-qaz və neft-kimya sahələrində Anlaşma Memorandumu imzalayıblar.

Trend-in məlumatına görə, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Çin Milli Neft Korporasiyasının vitse-prezidenti Vanq Şi Honq imzalayıblar.

İmzalanma Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin Bakıya səfəri çərçivəsində baş tutub.

Həmçinin Azərbaycan və Çin hökumətləri arasında texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Çin Kommersiya Nazirliyinin beynəlxalq ticarət danışıqlarında nümayəndəsi, Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Cun Şan imzalayıblar.

Sənədlərin imzalanması mərasimində Azərbaycanın Baş naziri Artur Rasizadə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini C.Qaoli iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti