İzmir. Maksim Tsurkov - Trend:
SOCAR Türkiyədə kogenerasiya qurğusunun (Petkojen) tikintisinin reallaşdırılmasını texniki səbəblərə görə dayandırıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Petkim" neft-kimya kompleksinin rəhbəri Anar Məmmədov deyib.
Qurğu "Petkim" neft-kimya kompleksinin, "Star" neft emalı zavodonu elektrik enerjisi ilə təmin etmək, eləcə də İzmir şəhərinin əhalisinə elektrik enerjisinin bir hissəsinin satışını həyata keçirmək üçün nəzərdə tutulmuşdu.
A.Məmmədov gələcəkdə layihənin reallaşdırılması imkanını istisna etməyib: "Layihənin texniki baxımdan daha diqqətli yanaşmaya ehtiyacı var. Ona görə texniki baxımdan yenidən qiymətləndirilməsini aparmaq lazımdır".