...

SOCAR Burkina-Fasoya neft məhsullarının təchizatı ilə bağlı razılaşma əldə edib

Energetika Materials 16 Noyabr 2016 20:21 (UTC +04:00)
“SOCAR Trading” və SONABHY arasında Burkina Fasoya neft məhsullarının təchizatı ilə bağlı müəyyən kommersiya razılaşmaları əldə olunub.
SOCAR Burkina-Fasoya neft məhsullarının təchizatı ilə bağlı razılaşma əldə edib

Bakı. Trend:

Energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Burkina Fasoya səfəri çərçivəsində aparılan danışıqlarda Azərbaycan və bu Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi üzrə geniş spektrli məsələlər müzakirə olunub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov və başqalarının daxil olduğu nümayəndə heyətinin Burkina Fasonun Prezidenti Roch Marc Christian Kabore, bu ölkənin Baş naziri Paul Kaba Thieba, xarici işlər və energetika nazirləri ilə görüşlərində bu səfərin Azərbaycan-Burkina Faso iqtisadi münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Danışıqlar nəticəsində “SOCAR Trading” və SONABHY arasında Burkina Fasoya neft məhsullarının təchizatı ilə bağlı müəyyən kommersiya razılaşmaları əldə olunub.



Məqalədə:
Xəbər lenti

Xəbər lenti