...

Azərbaycan Türkiyəyə qaz tədarükünü artırdı

Energetika Materials 24 Noyabr 2016 13:51 (UTC +04:00)
Azərbaycan 2016-cı ilin yanvar-sentyabr aylarında Türkiyəyə 4,84 milyard kubmetr qaz ixrac edib.
Azərbaycan Türkiyəyə qaz tədarükünü artırdı

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan 2016-cı ilin yanvar-sentyabr aylarında Türkiyəyə 4,84 milyard kubmetr qaz ixrac edib.

Trend-in Türkiyənin Enerji Bazarının Nizamlanması Təşkilatının saytına istinadən verdiyi məlumata görə, 2015-ci ilin analoji dövründə Azərbaycandan Türkiyəyə 4,4 milyard kubmetr qaz ixrac olunmuşdu. 2015-ci il ərzində ümumilikdə, Azərbaycan Türkiyəyə 6,17 milyard kubmetr qaz ixrac edib.

2016-cı ilin 3 rübü ərzində Azərbaycanın Türkiyənin ümumi qaz idxalındakı payı 14,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti