Bakı. Trend:
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda keçiriləcək Cənub qaz dəhlizi Məşvərət Şurasının iclasında ölkəsini təmsil edəcək.
Bu barədə Trend-ə ABŞ dövlət departamentindən məlumat verilib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 3-cü iclası 23 fevralda keçiriləcək.
Şuranın ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.