Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın "Qazprom" şirkəti əməkdaşlığın ümumi istiqamətlərini müzakirə edirlər. Bu istiqamətlərdən biri təbii qaz tədarükü ola bilər.
Trend-in məlumatına görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
O qeyd edib ki, belə danışıqlar həmişə aparılıb: "Müzakirə mövzularından birinin qaz tədarükü olmasını istisna etmirəm".
V.Bəylərbəyov qaz həcmini və mümkün müddəti açıqlamağa çətinlik çəkib: "Bu məsələlər hələ müzakirə mövzusu deyil".