Bakı. Rufia Hafizoğlu - Trend:
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Azərbaycana gələcək.
Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, B.Albayrak oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.
Nazirlikdən bildirilib ki, Şuranın toplantısı çərçivəsində Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının möhkəmləndirilməsi barədə müzakirələrin aparılacağı gözlənilir.
Qeyd edək ki, Şuranın 5-ci toplantısı Bakıda ötən ilin martın 15-də keçirilib.