...

Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı

Energetika Materials 28 Noyabr 2017 23:02 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 64,69 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı

Bakı. Ənvər Məmmədov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 64,69 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,36 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 64,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 27-də 61,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 27-də 63,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti