...

Səudiyyə Ərəbistanı: Azərbaycanın neft hasilatının azaldılması üzrə öhdəliyə əməl etməsi ümumi məqsəd naminə vacibdir

Energetika Materials 1 Dekabr 2017 15:13 (UTC +04:00)
Energetika naziri Pərviz Şahbazov OPEC Konfransının prezidenti ilə görüşüb.
Səudiyyə Ərəbistanı: Azərbaycanın neft hasilatının azaldılması üzrə öhdəliyə əməl etməsi ümumi məqsəd naminə vacibdir

Bakı. Trend:

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşü çərçivəsində energetika naziri Pərviz Şahbazovla OPEC Konfransının prezidenti və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə neft hasilatının azaldılmasına dair sazişin nəticələri, neft bazarında mövcud vəziyyət, eləcə də Azərbaycanla OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xalid Əbdüləziz Əl Falih OPEC və kartelə daxil olmayan ölkələrin əməkdaşlığının ardıcıl nailiyyətlərlə müşayiət olunduğunu deyərək, neftin qiymətinin sabitləşməsi istiqamətində müsbət meylləri birgə fəaliyyətin bəhrələri kimi qiymətləndirib. O, Azərbaycanın bu prosesə davamlı dəstəyinin və öhdəliyə əməl etməsinin ümumi məqsəd naminə vacibliyini qeyd edib. Görüşdə neftin dünya enerji balansında mövqeyinə də toxunulub. Bildirilib ki, enerji sektorunda yeni tendensiyaların güclənməsinə baxmayaraq, neft yanacaq növü kimi hələ uzun müddət aktuallığını saxlayacaq.

Müzakirələr Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini də əhatə edib. Səudiyyə Ərəbistanının Azərbaycanın neft-kimya və neft emalı sənayesinə maraq göstərdiyi qeyd edilib və bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti