...

AYİB TAP-a 500 milyon avro ayıra bilər

Energetika Materials 21 Dekabr 2017 10:11 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transadriatik boru kəməri (TAP) layihəsi üçün 500 milyon avro məbləğində kredit ayrılması məsələsinə baxır.

Trend-in məlumatına görə, AYİB artıq layihənin konsepsiyasına baxıb və hazırda layihə yekun olaraq nəzərdən keçirilir.

Qeyd edək ki, 2018-ci ilin fevralında Avropa İnvestisiya Bankı da TAP üçün 1,5 milyard avro ayrılmasına baxacaq.

Dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir və Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti