...

"Şahdəniz-2" çərçivəsində qaz hasilatının başlanılması tarixi açıqlanıb

Energetika Materials 13 Yanvar 2018 14:22 (UTC +04:00)
Azərbaycan “Şahdəniz-2” ən böyük qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz hasilatına bu ilin sentyabrında başlamağı planlaşdırır.
"Şahdəniz-2" çərçivəsində qaz hasilatının başlanılması tarixi açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan “Şahdəniz-2” ən böyük qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz hasilatına bu ilin sentyabrında başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə SOCAR-dan "Natural Gas World (NGW)" nəşrinə bildirilib.

SOCAR-dan bildiriblər ki, "Şahdəniz-2" çərçivəsində ilkin hasilat böyük həcmdə olmayacaq.

Transanadolu boru kəmərinin (TANAP) qazla doldurulmasına gəlincə (yanvarda başlanılması nəzərdə tutulur), şirkətdən qeyd ediblər ki, bu qazın mənbəyi "Şahdəniz-2" deyil, "Şahdəniz-1" yatağı olacaq.

Bundan başqa, "Şahdəniz-2"-nin opretaoru olan BP-dən məlumat verilib ki, 2019-cu ildə layihə çərçivəsində daha 2 milyard kubmetr həcmində qaz hasilatı gözlənilir. Bu həcmin Türkiyəyə tədarük ediləcəyi bildirilib:

"Ümumilikdə 2019-cu ildə Azərbaycandan Türkiyəyə qaz tədarükünün 8,5 milyard kubmetrə çatacağı gözlənilir. 2017-ci ildə bu göstərici 6,5 milyard kubmetr olub. 2021-ci ildə isə bu həcm 12,5 milyard kubmetrə çatacaq".

Qeyd edək ki, "Şahdəniz-2" layihəsinin reallaşdırılması çərçivəsində illik qaz hasilatı 9 milyard kubmetrdən 25 milyard kubmetrə qədər artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti