...

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

Energetika Materials 2 Mart 2018 18:24 (UTC +04:00)
Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı maraqlı tərəflərin iştirakı ilə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq edilib.

İclas iştirakçıları 2017-ci il üzrə HSŞ hesabatlılığı prosesi ətrafında müvafiq müzakirələr apararaq prosesə başlanılması ilə bağlı qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti