...

“AsstrA” neft-kimya məhsullarının daşınma həcmlərini artırır

Energetika Materials 26 Aprel 2018 16:23 (UTC +04:00)
Beynəlxalq logistika operatoru 2018-ci ildə neft-kimya məhsullarının göndərilmə payını şirkətin ümumi dövriyyəsində 2,2 faizdən 3 faizədək artırmağı planlaşdırır.
“AsstrA” neft-kimya məhsullarının daşınma həcmlərini artırır

Bakı. Trend:

Beynəlxalq logistika operatoru 2018-ci ildə neft-kimya məhsullarının göndərilmə payını şirkətin ümumi dövriyyəsində 2,2 faizdən 3 faizədək artırmağı planlaşdırır. Bunu, həmçinin İraqa daşıma həcmlərinin artırılması hesabına reallaşdırmaq nəzərdə tutulub. Rusiyanın neft şirkəti üçün ümumi çəkisi 40 ton olan mühərrik yağlarının Rusiyadan İraqa tədarükü həyata keçirilmiş sonuncu layihələrdən biridir.

2017-ci ildə “AsstrA” şirkətinin neft-kimya məhsullarının nəqli üzrə layihələrin reallaşdırılmasından əldə etdiyi gəlir 2016-cı ilin göstəriciləri ilə müqayisədə 45 faiz artıb və 2,5 milyon avro təşkil edib. Rusiyanın qoşulduğu marşrutlar üzrə daşımalardan qazanılan gəlir isə 1,9 milyon avro olub. 650 mindən çox avro ixrac daşımalarının, 1,1 milyon avro idxal daşımalarının və 176 min avro Rusiyanın daxili daşımalarının payına düşür.

Rusiyadan ən çox ixrac göndərmələri Türkiyənin (44), Latviyanın (10), eləcə də Ukraynanın (9) payına düşüb. Gəlir üzrə liderlər isə “Rusiya-Tacikistan” (492 min avro), “Rusiya-Türkiyə” (96 min avro) və “Rusiya-Azərbaycan” (18 min avro) marşrutları olub.

Neft-kimya məhsulları əsasən Belçikadan (161 daşıma), Finlandiyadan (153) və Polşadan (43) idxal edilib. Bu ölkələrin özləri də gəlir üzrə liderlər olub ki, bu da müvafiq olaraq 406, 279 və 153 min avro təşkil edib.

Beynəlxalq logistika operatoru, o cümlədən İraqa həcmlərin artırılması hesabına 2018-ci ildə neft-kimya məhsullarının göndərilmə payını şirkətin ümumi dövriyyəsində 2,2 faizdən 3 faizədək artırmağı planlaşdırır. Belə ki, 2017-cilin dekabrında Rusiyanın neft şirkəti üçün İraqa mühərrik yağlarının sınaq tədarükünə başlanılıb. “AsstrA” layihə çərçivəsində nəqliyyat-ekspedisiya xidmətlərini öz üzərinə götürüb. İki həftə ərzində Rusiyadan İraqa Türkiyə üzərindən tranzit yolu ilə ümumi çəkisi 40 ton olan mühərrik yağları daşınıb. Yükün dəyəri təqribən 200 min ABŞ dollar təşkil edib.

“AsstrA” şirkətlər qrupunun satışlar üzrə direktor müavini Yevgeniya Serikova bildirib ki, çətinlik hər şeydən əvvəl marşrutun özündədir, çünki İraq hərbi əməliyyatların aparıldığı ölkədir: “Buna görə də bu istiqamətdə tədarükçülər çatışmır ki, bu da həmin ölkəyə həcmlərin artırılmasında bizim rəqabət üstünlüyümüz ola bilər”.

“AsstrA” şirkətinin mütəxəssisləri müştəriyə müxtəlif ölkələrdən – Türkiyə, Gürcüstan və Azərbaycan üzərindən tranzit ilə birlikdə yükün çatdırılması üzrə üç marşrutu tərtib və təqdim ediblər. Yevgeniya Serikova deyib: “Biz təklif edilmiş variantların hər birini bir neçə meyar üzrə qiymətləndirmişik. Bu meyarlara qiymətlər, tranzit vaxtı, eləcə də mümkün risklər daxildir. Bundan başqa, sifarişçinin əsas tələbi daşıma zamanı artıq yükləmənin qadağan edilməsi olub. Bu, malı zədələmək əndişəsinə əsaslanır. Buna görə də, biz, həmçinin artıq yükləmə nöqtələrinin sayını və nəqliyyat vasitəsinin dəyişdirilməsi zərurətini təhlil etdik. Münasib variant Türkiyə üzərindən birbaşa tranzit oldu, çünki indiki halda çatdırılmanın gecikməsinin mümkün risklərinin olduğu yalnız bir nəzarət nöqtəsi olub – Novorossiyskdəki bərə”.

“AsstrA” standart avtomobillərlə nəql etməyi təklif edib. Bununla da birbaşa çatdırılma təmin edilib, eyni zamanda, nəqliyyat vasitələri bərədə daşınıb.

Yevgeniya Serikova əlavə edib: “Əməliyyat işi bizim sınanmış türk tərəfdaşımız ilə birlikdə həyata keçirilib, layihəni “AsstrA”nın İstanbuldakı ofisinin nümayəndəsi kurasiya edib. Biz coğrafi təmsilçiliyi hər il genişləndiririk, şirkətin daxili işi üçün isə bizim ofisin açıldığı ölkələrin vətəndaşlarını cəlb edirik. Bu bizə dil, tərz və mədəni baxımdan yeni bazara maksimum yaxınlığı təmin edir və həm müştərilər, həm də tədarükçülər ilə səmərəli əlaqələr qurmağa kömək edir”.

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə (İsveçrə) yerləşən beynəlxalq şirkətlər qrupudur. Qüsursuz etibara sahib olan şirkətin logistika sahəsində 20 ildən artıq təcrübəsi var. Şirkət MDB, Avropa və Asiyanın 18 ölkəsində təmsil olunub.

“AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, eləcə də ticarət, anbar və gömrük xidmətlətindən ibarət xidmətlərin tam kompleksini təqdim edir.

“AsstrA” ofis coğrafiyasının geniş olması və peşəkarlarla əməkdaşlıq sayəsində cəlbedici qiymətlər üzrə münasib logistik həllər təklif edir və hər bir müştərinin və tərəfdaşın tələbatını nəzərə alır.

“AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyasının (FIATA) və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertfikatlarına malikdir.

Sayt: https://www.asstra.com/az/

Xəbər lenti

Xəbər lenti