...

241 çoxmərtəbəli binaya təbii qaz verilib

Energetika Materials 4 İyun 2018 15:44 (UTC +04:00)
Bu ilin yanvar-may aylarında 241 çoxmərtəbəli binaya təbii qaz verilib.
241 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 241 çoxmərtəbəli binaya təbii qazın verilməsi təmin edilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, həmin binalarda ümumilikdə 11575 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti