...

Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb

Energetika Materials 1 Avqust 2018 16:28 (UTC +04:00)
Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb, istismar sınaqları isə plana uyğun irəliləyir.
Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb

Bakı. Trend:

Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb, istismar sınaqları isə plana uyğun irəliləyir.

BP-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 1-ci yarısı ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca davam edib. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib.

Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda Azərbaycanda layihənin yerüstü qurğularının istismar sınaqları davam edir.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti