...

TAP marşrutu boyu ərazinin 72 faizində torpaq bərpa olunub (FOTO)

Energetika Materials 28 Avqust 2018 15:27 (UTC +04:00)
Bərpa işləri tam sürətilə davam edir
TAP marşrutu boyu ərazinin 72 faizində torpaq bərpa olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlkin Şəfiyev - Trend:

Transadriatik boru kəməri (TAP) boyu ərazinin 72 faizində torpaq bərpa olunaraq ilkin vəziyyətinə gətirilib.

Trend-in məlumatına görə, bu barədə TAP AG konsorsiumundan bildirilib.

Məlumatda deyilir: "Bərpa işləri tam sürətilə davam edir. Marşrut boyunca 550 kilometr və ya ərazilərin 72 faizi yenidən bərpa olunaraq ilkin vəziyyətinə gətirilib".

TAP boru kəməri Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti