...

Direktor: İtalyan ailələr TAP-ın sayəsində təbii qaza görə daha az ödəniş edə bilərlər

Energetika Materials 26 Sentyabr 2018 15:25 (UTC +04:00)
İtalyan ailələr TAP-ın sayəsində təbii qaza görə daha az ödəniş edə bilərlər.
Direktor: İtalyan ailələr TAP-ın sayəsində təbii qaza görə daha az ödəniş edə bilərlər

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin həyata keçirilməsi italyan ailələr üçün qazın qiymətini aşağı salmağa imkan verəcək.

Trend-in məlumatına görə, bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati deyib.

O, italyan ailələrin təbii qaza görə digər avropalı ailələrdən 19 faiz çox ödəniş etdiyini bildirib:

"İtaliyanın qaza olan tələbatının təqribən 12 faizini təmin edəcək TAP bu fərqi aradan qaldırmağa kömək edə bilər".

L.Skyeppati əlavə edib ki, daha çox qaz böyük rəqabət və qiymətin azalması deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti