Bakı. Trend:
Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, iclasda 2017-ci il üzrə HSŞ hesabatının yekun versiyası iştirakçılara təqdim edilib, 2017-ci il üzrə İcmal HSŞ hesabatının mətni müzakirə edilərək təsdiq olunub.
Bunlarla yanaşı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.