Bakı. Rufiz Hafizoğlu - Trend:
Mehmet Bostan SOCAR-a məxsus Türkiyənin “Petkim” neft-kimya kompleksinin Direktorlar Şurasının müstəqil üzvü təyin olunub.
Trend-in məlumatına görə, bundan əvvəl M.Bostan Türkiyə Aktivlər Fondunun rəhbəri olub, eləcə də bir sıra rəhbər vəzifələrdə çalışıb.
Bundan başqa, 2019-cu il yanvarın 1-dən baş direktorun yeni müavini işə başlayacaq. Bu vəzifəyə Əli Semih Şansal təyin olunub. Həmin tarixdən Nihat Gürbüz “Petkim”in texniki direktoru kimi işə başlayacaq.
Qeyd edək ki, “Petkim”in Direktorlar Şurasının sədri, eyni zamanda “SOCAR Turkey” şirkətinin İdarə Heyətinin sədri olan Vaqif Əliyevdir.