...

Dövlət Neft Şirkəti “SOCAR Absheron” şirkətinin ləğv edilməsi məsələsinə aydınlıq gətirib

Energetika Materials 13 Fevral 2019 12:24 (UTC +04:00)
SOCAR və Fransanın “Total” şirkətinin birgə müəssisəsi “SOCAR Absheron” ləğv edilməyib.
Dövlət Neft Şirkəti “SOCAR Absheron” şirkətinin ləğv edilməsi məsələsinə aydınlıq gətirib

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “Total” şirkətinin birgə müəssisəsi “SOCAR Absheron” ləğv edilməyib.

Bunu Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, söhbət ləğvdən yox, şirkətin qeydiyyat ünvanının dəyişdirilməsindən gedir:

“Bu prosedurun məqsədi optimallaşdırma və xarici tərəfdaşlarla əlaqələrin səmərəliliyinin artırılmasıdır, çünki “SOCAR Absheron” “Abşeron” yatağının məhsullarının bölüşdürülməsi barədə saziş çərçivəsində şirkətin maraqlarını təmsil edir”.

İ.Əhmədov bildirib ki, ötən ildən SOCAR-ın Heydər Əliyev adına yarımyüklənmiş qazma qurğusundan istifadə etməklə "Abşeron" yatağında ilk quyu qazılır:

"Biz artıq 7,2 min metr dərinliyə çatmışıq və yaxın vaxtlarda qazma işlərini yekunlaşdırmağı planlaşdırırıq. Layihənin operatoru səhmlərinin 50 faizi SOCAR-a, digər 50 faizi isə "Total"a aid olan JOCAP birgə müəssisədir".

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyinin “Vergilər” qəzetində “SOCAR Absheron”un ləğv olunması barədə məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti