...

Azərbaycan OPEK+ sazişini əvvəlki şərtlərlə davam etdirməyi planlaşdırır

Energetika Materials 24 İyun 2019 12:05 (UTC +04:00)
Neft hasilatının azaldılması ilə bağlı OPEK+ sazişini əvvəlki şərtlərlə davam etdirmək məqsədəuyğun olardı
Azərbaycan OPEK+ sazişini əvvəlki şərtlərlə davam etdirməyi planlaşdırır

Bakı. Trend:

Neft hasilatının azaldılması ilə bağlı OPEK+ sazişini əvvəlki şərtlərlə davam etdirmək məqsədəuyğun olardı.

Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O deyib ki, bunun üçün heç bir maneə görmür:

“İyulun 1-2-də OPEK+ iclasını gözləmək lazımdır. Kiminsə bu şərtlərə qarşı çıxdığı mənə məlum deyil. Fikrimcə, bu məsələdə konsensus var, görüş zamanı daha çox məlumat əldə edəcəyik. Əgər heç bir şey baş verməsə, əvvəlki rejimi davam etdirmək düzgün olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti