Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycan hökuməti oktyabr ayında “Şəfəq-Asiman” dəniz blokunda kəşfiyyat quyusunun qazılması ilə bağlı ətraf mühitə təsir qiymətləndirməsi aparacaq.
Trend-in məlumatına görə, bunu “BP Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı qiymətləndirmənin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, sənəd təsdiqləndikdən sonra 2019-cu ilin sonunda SAX01 kəşfiyyat quyusunun qazılmasına başlanacaq. Quyunun yeri seysmik kəşfiyyatın nəticələri əsasında müəyyən edilib.
BP bu ilin dördüncü rübündə “Şəfəq-Asiman” yataqlar blokunda kəşfiyyat qazıntısına başlamağı planlaşdırır.